Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilir

2026/06/57567-1780553623.jpg
Oxunub: 164     09:34     04 İyun 2026    
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 4-də Şəkidə "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfrans təşkil olunub.

Ordu.az "Report"a istinadən xəbər verir ki, konfransda Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Regional konfransın məqsədi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin ideoloji əsaslarını təşkil edən Azərbaycançılıq məfkurəsinin inkişafındakı müstəsna xidmətlərinin, bu ideologiyanın dövlətçilik ənənələri və mənəvi dəyərlərin qorunmasındakı rolunun təbliğidir.

Bununla yanaşı, konfransda Azərbaycançılıq ideologiyasının müasir dövrdə üzləşdiyi yeni çağırışlar, qloballaşma prosesləri və informasiya texnologiyalarının inkişafı şəraitində mənəvi irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəki   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin