Tramp İranla aparılan danışıqların gedişindən razıdır

2026/06/1780551853.jpg
Oxunub: 174     09:43     04 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanması üzrə aparılan danışıqların gedişindən razı qaldığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

“İşlər yaxşı gedir”, - deyə ABŞ Prezidenti qeyd edib.

Mümkün razılaşmanın əldə olunması perspektivlərinə toxunan Tramp hadisələrin həm müsbət, həm də mənfi ssenari üzrə inkişaf edə biləcəyini bildirib.

Onun sözlərinə görə, heç bir nəticə əldə olunmaya da bilər, lakin proses uğurla davam edərsə, həftənin sonuna qədər razılaşma əldə olunması ehtimalı mövcuddur.

Tramp əlavə edib ki, İran nəzəri baxımdan saziş imzalamağa yaxın vəziyyətdədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin