Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 7-8-də NATO üzvü ölkələrin liderlərinin iştirak edəcəyi sammit zamanı Türkiyə hakimiyyəti yerli istehsal olan qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərini aktiv vəziyyətə gətirəcək.
Mənbələrin bildirdiyinə görə, həmçinin F-16 qırıcılarının döyüş hazırlığı səviyyəsi maksimum həddə qaldırılacaq.
Bundan əlavə, Ankara və ətraf ərazilərdə pilotsuz uçuş aparatları, eləcə də dronlara qarşı mübarizə sistemləri yerləşdiriləcək.
Təhlükəsizliyin təmin olunmasına hüquq-mühafizə və digər güc strukturlarının 40 mindən çox əməkdaşı cəlb ediləcək.
Sevinc Əliyeva
Ordu.az