“Northrop”: Sınaqlar IBCS raketdən müdafiə şəbəkəsinin effektliliyini isbat edib

2018/08/5345_1534404569.jpg
Oxunub: 1463     15:24     16 Avqust 2018    
“Northrop Grumman” firmasının icraçı direktoru Rob Cessi firmanın üzərində işlədiyi IBCS şəbəkəsi ilə bağlı layihənin hazırkı vəziyyətinə dair açıqlama verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, keçirilən sınaqlarda şəbəkənin özünü yaxşı tərəfdən nümayiş etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, IBCS raketdən müdafiə şəbəkəsinin əvvəlcədən planlaşdırldığı proqram üzrə 2022-ci ildə istifadə verilməsinin qarşısında heç bir əngəl yoxdur.

Qeyd edək ki, IBCS ABŞ Quru Qoşunlarının proqramı olsa da, aparılan sınaqlardan sonra Hərbi Hava Qüvvələri də onunla maraqlanmağa başlayıb. Onun F-35 təyyarələrində istifadəsinin mümkün olduğu bildirilir.

Qeyd edək ki, IBCS həm qısa mənzilli “Sentinel” radarları, həm də uzaq mənzilli “Patriot” radarlarının əldə edilən məlumatı emal etmə və “Patriot”un üç növünə təmin etməyə qadirdir. Bunlar PAC-2, PAC-3 və PAC-3 MSE-dir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop   IBCS  


Bizi "telegram"da izləyin