"Northrop" sözünə uyğun 164 nəticə tapıldı!

Qlobal kibertəhlükəsizlik bazarının liderləri kimlərdir?

2018/12/15409-1545376419.jpg
Oxunub: 1228     20:12     21 Dekabr 2018    
Qlobal kibertəhlükəsizlik bazarında süni zəka, maşın öyrənməsi və bulud texnologiyaları sahəsində lider şirkətlərin “BAE Systems”, “General Dynamics”, “Lockheed Martin”, “Northrop Grumman” və “Thales” olduğu açıqlanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Research and Markets” nəşrinin “2019-2023-cü illərdə Qlobal Kibertəhlükəsizlik Bazarı” tədqiqatında məlumat verilib.

Məlumata görə, qlobal kibertəhlükəsizlik bazarı 2023-cü ilədək illik 4% artım yaşayacaq.

Qeyd edək ki, sözügedən illərdə həyata keçiriləcək əsas fəaliyyətlər sırasında bulud texnologiyalarından istifadənin genişləndirilməsi, Böyük Data Hesablama sistemləri, biometrik informasiya toplanması, süni zəka və maşın öyrənməsi ilə insan faktoru nəticəsində olan səhvlərin aradan qaldırılması qeyd edilib.

Ağalar Ağalarlı
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qlobalkibertəhlükəsizlikbazarı