Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, kənardan elə görünür ki, baş nazir təsadüfi bir süfrəyə yaxınlaşır və vətəndaşların həmin anda təklif etdiyi yeməklərdən dadır. Lakin qəzet bunun əslində fərqli olduğunu iddia edir.
“Joğovurd”un hakimiyyət dairələrindəki mənbələrə istinadən yazdığına görə, baş nazir üçün nəzərdə tutulan hər bir süfrə bütöv bir “qastronomik təhlükəsizlik əməliyyatı”ndan keçir.
“Məlumata görə, Paşinyan süfrəyə yaxınlaşmazdan əvvəl bütün yeməklər diqqətlə yoxlanılır, onların təhlükəsizliyi qiymətləndirilir, eyni zamanda yerləşdirilməsi, foto və video çəkilişlər üçün görünüşü, hətta hansı bucaqdan daha sərfəli kadr alınacağı da müəyyən edilir.
Mənbələrin sözlərinə görə, yalnız bütün mərhələlər tamamlandıqdan sonra şərti olaraq “nuş olsun” icazəsi verilir və baş nazir xalq süfrəsinə yaxınlaşa bilir. Beləliklə, Paşinyanın özünün təqdim etdiyi “peraşki yeyən baş nazir” obrazı artıq çoxdan özünəməxsus siyasi brendə çevrilib. Bu brenddə hətta ən sadə tikə belə əvvəlcədən təhlükəsizlik və ictimai əlaqələr filtrlərindən keçir. Yəni menyu da səhnələşdirilir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az