Ermənistanda seçki qorxusu: Hərbi təşkilat sədrinin ailəsi Hrazdanda müxalifətə məğlub olmaqdan narahatdır

2026/06/1780549498.jpg
Oxunub: 241     09:03     04 İyun 2026    
Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyasının Kotayk vilayətində keçirdiyi seçkiqabağı təşviqat kampaniyasından sonra “Yerkrapah” hərbi təşkilatının sədri, “Vətəndaş Müqaviləsi” partiyasından deputatlığa namizəd Sasun Mikayelyanın oğlu Mexak Mikayelyan bölgədə təzyiqlərə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan vilayətə səfərindən razı qalmayıb və təəssüratlarını Sasun Mikayelyanla bölüşüb.

“Bundan sonra Mikayelyan ailəsi daha fəal işləməyə qərar verərək Paşinyana seçkilərdə görünməmiş nəticələr vəd edib. Bölgədəki mənbəmizin bildirdiyinə görə, xüsusilə Mexak Mikayelyan fəallıq göstərir. Sasun Mikayelyanın Hrazdan şəhərinin meri olan oğlu Sevak Mikayelyan məktəblər, uşaq bağçaları və digər bələdiyyə qurumlarının əməkdaşları ilə işlədiyi halda, Mexak Mikayelyan kiçik və orta sahibkarları hədəfə alıb.

Məlumata görə, o, sahibkarlarla fərdi görüşlər keçirərək onlara hakimiyyəti dəstəkləmədikləri təqdirdə problemlərlə üzləşə biləcəklərini bildirir”, - deyə nəşr qeyd edib.

Qəzet yazır ki, Mexak Mikayelyan hakimiyyət dəyişikliyindən sonra əldə etdiyi yanacaqdoldurma məntəqəsini idarə edir. Həmçinin onun Tsağkadzorda bir sıra torpaq sahələri aldığı da qeyd olunur.

Lakin ailənin hətta Hrazdanda belə müxalifətə məğlub ola biləcəyindən narahat olduğu bildirilir. Buna səbəb kimi şəhərin nüfuzlu şəxslərinin belə hakimiyyəti dəstəkləməməsi göstərilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Ermənistan  


Bizi "telegram"da izləyin