ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırmağa hazırlaşır

2026/05/1779771048.jpg
Oxunub: 178     07:07     04 İyun 2026    
Vaşinqtonun yaxın günlərdə Ukraynaya dəyəri 400 milyon dollar olan növbəti hərbi yardım paketini təqdim edəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

Onun sözlərinə görə, yardım paketinin təsdiqlənməsi ilə bağlı hökumət strukturları arasında zəruri koordinasiya işləri artıq həyata keçirilib və məsələ ilə bağlı rəsmi məlumatın tezliklə açıqlanması mümkündür.

Rubio vurğulayıb ki, Ukraynaya silah və hərbi texnikanın çatdırılması məsələsi təxirəsalınmaz xarakter daşıyır və bununla bağlı operativ qərar qəbul edilməsinə ehtiyac var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin