Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, T-90 Rusiya istehsalı olduğu halda əsasən Suriya ordusu tərəfindən istifadə olunur. TOW raketləri isə buradakı qüvvələrə çox güman ki, ya Səudiyyə Ərəbistanı vasitəsilə, ya da birbaşa Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən çatdırılıb.
İkilinin duelinə dair ilk görüntülər 2016-cı ildə yayılıb. Həmin zaman tanka nə baş verdiyini demək isə mümkün olmamışdı. Belə ki, raket böyük alov saçaraq tankın qülləsinə dəyir və oradaca video başa çatırdı.
Cari ilin fevral ayında yayılan bir fotoda isə qarşıdurmadan sonra tankın vəziyyətinin necə olduğu görünürdü. Təbii ki, T-90-nın “Kontakt-5” reaktiv zirehi onu xilas etmişdi. Reaktiv zireh çölə doğru partlayır və gələn raketin tankın içinə girməsinin, yaxud ekipajın ölümünün qarşısını alır.
Zirehi istehsal edən şirkət, “Polad Tədqiqat İnstitutu” bu fotodan çox məmnun idi. Ekipaj sağ qalmış, yeganə xəsar isə T-90-nın iki ədəd “Ştora” ötürücülərinə dəymişdi. Lakin nəzərə almaq lazımdı ki, fotoda sadəcə raketin dəydiyi qüllənin yan tərəfi görünürdü.
“Ştora” elektro-optik müdaxilə vasitəsidir. O, idarəolunan raketləri pozmaq üçün istifadə edilir. Fotodan həmin tankdakı “Ştora”ların işləmədiyi, yoxsa ümumiyyətlə istifadə olunmadığı aydın olmadı.
Sevinc Əliyeva
Ordu.az