ABŞ yeni robot hücum tankı təkmilləşdirir

2018/07/3_1532363129.jpg
Oxunub: 1824     00:22     24 İyul 2018    
Pentaqon məsafədən idarə olunan tanklar üzərində işlərin kifayət qədər irəlilədiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Osiye Deyvid bildirib.

O qeyd edib ki, yeni robot texnologiyasında süni zəkadan istifadə edilməsi planlaşdırılır.

“Hazırda bu layihə üzərində işlərə başlanılıb. Məsafədən idarə olunacaq bu tankların ilkin versiyasının istehsalının 2030-cu illərin əvvəlinə yekunlaşdırılması planlaşdırılır. Bu tanklar GPS sistemi ilə təchiz ediləcək ki, bu da ona öz-özünü idarəetmə imkanı yaradacaq”, - deyə Deyvid bildirib.

Qeyd edək ki, layihə “Raytheon” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Tank   ABŞ  


Bizi "telegram"da izləyin