Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə sözügedən süni zəka layihələri ilə yaxınlığı olan alimlər bildiriblər.
Alimlərin sözlərinə görə, bu gəmilər kəşfiyyat missiyalarından mina yerləşdirmə əməliyyatlarına, həmçinin düşmən gəmilərinə qarşı kamikadze hücumlarına qədər müxtəlif tapşırıqlar həyata keçirə bilər.
Onların Çin donanması tərəfindən 2020-ci illərin əvvəllərində yerləşdirilməsi gözlənilir. Bu layihə hökumətin süni zəka ilə dəniz qüvvələrinə möhkəmləndirmə planlarının tərkib hissəsidir.
Eyni zamanda Çin Quanqdonq vilayətində dron gəmilər üçün dünyanın ən böyük sınaq təsisatını tikir. XAO həm də sualtı gəmilər üçün süni zəka dəstəkli sistemlər təkmilləşdirməyə davam edir.
Sevinc Əliyeva
Ordu.az