Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Suriyanın Əl-Sveyda bölgəsində baş verib.
Məsələ ilə bağlı Əl-Sveyda bölgə rəhbərliyindən bildirilən açıqlamada qeyd olunub ki, ötən gün axşam saatlarında Suriya Quru Qoşunlarının ərazidəki 2 fərqli hərbi bazası terrorçuların hücumuna məruz qalıb.
Bildirilib ki, ordu birlikləri hər iki hücuma dərhal cavab verib. Bir neçə saat davam edən qarşıdurmaların sonunda ordunun ciddi müqaviməti ilə qarşılaşan terrorçular ərazidən uzaqlaşmalı olub.
Qeyd edək ki, qarşıdurmalar zamanı həm ordu qüvvələri, həm də terrorçuların itki verdiyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az