İsrail müdafiə naziri İranın mümkün hücumunu “ən böyük səhv” adlandırıb

2026/06/1782481750.jpg
Oxunub: 208     17:46     26 İyun 2026    
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İranın İsrailə hücum etməsi Tehran üçün “ən böyük səhv” olacaq.

Ordu.az xəbər verir ki, nazir bu barədə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanını son günlərdə “davamlı şəkildə İsraili təhdid etməkdə” ittiham edib.

Kats həmçinin “X” sosial şəbəkəsində yazıb ki, “nə Hörmüz boğazı, nə də mülki əhaliyə hücumlar İrana kömək etməyəcək”.

“Heç nə bizi dayandıra bilməz”, - deyə nazir əlavə edib.

O, İsrail qüvvələrinin “problemi sonadək həll etməyə hazır olduğunu” vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Kats  


Bizi "telegram"da izləyin