Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya ordusu ötən gün İordaniya ilə sərhəd bölgələrində patrul gəzintisi həyata keçirib.
Suriya Müdafiə Nazirliyindən bildirilir ki, ordu qüvvələri patrul gəzintisi zamanı daha öncə terrorçuların sığınacaq kimi istifadə etdiyi məntəqələrdə axtarışlar aparıblar.
Axtarışlar nəticəsində terrorçulara məxsus çox sayda avtomat silah, qumbara, raket başlıqları, kommunikasiya cihazları və mərmi aşkar edilərək müsadirə olunub.
Qeyd edək ki, Suriya hökuməti bu silahların Böyük Britaniya istehsalı olduğunu iddia edib.
Dəyanət Ağalarlı
Ordu.az