Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriya hökumət mənbələri yayıb.
Bildirilir ki, Deranın qərbindəki Hayt şəhəri yaxınlığında müxaliflərlə İŞİD terrorçuları arasında qarşıdurma baş verib. Suriya HHQ qarşıdurma zamanı Yarmuk düşərgəsi yaxınlığındakı İŞİD mövqelərinə bir neçə raket zərbəsi endirib.
Qeyd edək ki, ərazi ötən gün edilən hücumdan sonra terrorçu qruplaşmanın nəzarətinə keçib.
Dəyanət Ağalarlı
Ordu.az