Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 730 milyon dollardır.
Məsələ ilə bağlı Cənubi Koreya Müdafiə Nazirliyindən edilən açıqlamada bildirilir ki, raketlər Almaniyanın "Taurus" şirkəti tərəfindən istehsal olunacaq.
Qeyd olunub ki, müqavilə nəticəsində alınacaq “KEPD 350” raketləri 400 kilometr zərbə radiusuna sahibdir.
Müqaviləyə əsasən 2024-cü ilə kimi şirkət tərəfindən Cənubi Koreyaya 3000 ədəd raket təhvil veriləcək.
Dəyanət Ağalarlı
Ordu.az