Çin MN: Çin Afrika ilə hərbi əməkdaşlığını gücləndirəcək

2018/07/china-africa-forum-1_1531294143.jpg
Oxunub: 2553     15:26     11 İyul 2018    
Çin Müdafiə naziri Vey Fenqe ölkəsinin Afrikaya göstərdiyi hərbi dəstəyini daha da gücləndirəcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu barədə ötən gün Çin-Afrika Müdafiə və Təhlükəsizlik forumunun bağlanış mərasimində çıxışı zamanı danışıb.

O qeyd edib ki, hazırda ölkəsinin 49 fərqli Afrika dövləti ilə ikitərəfli hərbi əlaqələri mövcuddur.

“Biz hazırda demək olar ki, hər bir Afrika dövləti ilə ikitərəfli hərbi əlaqələrə sahibik. Dünyada heç bir dövlət Afrikanın hərbi inkişafına və təhlükəsizliyinə bu qədər ciddi yanaşmır. Bu forum da Afrikaya olan bağlılığımızın əyani sübutudur. Biz bu əlaqələri bundan sonra praktiki müstəviyə keçirib ortaq hərbi təlimlər və təcrübə mübadiləsi proqramları təşkil etməyi planlaşdırırıq”, - deyə Vey Fenqe vurğulayıb.

Qeyd edək ki, dünən 26 iyundan etibarən davam edən forumun bağlanış mərasimi həyata keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Afrika   Hərbi-Əməkdaşlıq  


Bizi "telegram"da izləyin