Britaniya Əfqanıstandakı qoşunlarının sayını artıracaq

2018/07/0A5169DB00000514-5940303-image-a-34_1531266942101_1531288129.jpg
Oxunub: 1579     13:53     11 İyul 2018    
Birləşmiş Krallığın Baş naziri Tereza Mey Əfqanıstandakı NATO missiyasına dəstəyi artırmaq məqsədilə bu ölkəyə daha 440 əsgərin göndəriləcəyini açıqlayıb.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, Meyin bu qərarı NATO sammitindən qısa müddət öncə açıqlaması, Britaniyanın NATO-ya bağlı qaldığını vurğulamaq üçün nəzərdə tutulan addımdır.

Hazırda Britaniyanın Əfqanıstanda 700-ə yaxın əsgəri var. Yeni əsgərlər bu ilin avqustu və növbəti ilin fevralında olmaqla iki mərhələdə Əfqanıstanda yerləşdiriləcək.

Bununla da NATO-nun ÜDM-nin 2%-i dəyərində müdafiə büdcəsini qarşılayan az sayda dövlətdən biri olan Britaniyanın Əfqanıstandakı əsgərlərinin sayı 1100-ə çatacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Əfqanıstan   NATO  


Bizi "telegram"da izləyin