ABŞ Əfqanıstanla bağlı strategiyasını gözdən keçirməyəcək

2018/07/Снимок_1531286290.png
Oxunub: 2279     13:08     11 İyul 2018    
2001-ci ilin oktyabrından etibarən Əfqanıstanda fəaliyyət göstərən ABŞ qoşunlarının buradan çıxarılması ilə bağlı fikirlər aktual deyil.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib.

O qeyd edib ki, son günlərdə mətbuatda ABŞ qoşunlarının Əfqanıstandan tam və ya qismən çıxarılacağı ilə bağlı xəbərlərin heç bir əsası yoxdur.

“Bizim əsas məqsədimiz Əfqanıstanın hər bir qarışında sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bu məqsəd əldə edilmədən Əfqanıstandakı ABŞ hərbi qüvvələri çıxarılmayacaq”, - deyə sözçü bildirib.

Qeyd edək ki, Əfqanıstandakı 17 illik fəaliyyət müddətində ABŞ-ın 2350 hərbçisi həlak olub, daha 20000-dən çoxu yaralanıb. Eyni zamanda Vaşinqton buradakı hərbi fəaliyyətlərin maliyyələşdirilməsi üçün 680 milyard dollardan çox pul xərcləyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin