“Kratos” BQM-177A sistemlərinin ilk satışını edib

2018/07/received_2083621645184464_1531248736.jpeg
Oxunub: 2483     02:49     11 İyul 2018    
“Kratos” şirkəti ABŞ HHQ-ə ən son nəsil hava hədəf sistemlərinin satışını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat şirkətdən bildirilib.

Qeyd olunub ki, şirkət 37 milyonluq müqavilə qarşılığında ABŞ Hərbi Hava Qüvvələrinə BQM-177A aviasiya hədəf sistemlərini təhvil verib.

Ötən gün əməkdaşlıqla bağlı təşkil edilən rəsmi mərasimdə çıxış edən şirkət rəsmiləri bildiriblər ki, bu sistemlər yüksək sürətli və tam elektronlaşdırılmış dron aparatlarının idarə olunmasında effektivdir.

Qeyd edək ki, şirkət eyni zamanda qırıcı təyyarələrlə müqayisə edilə biləcək keyfiyyətlərə sahib PUA-ların istehsalında dünya lideridir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Krtaos   Hava-Hədəf-Sistemləri  


Bizi "telegram"da izləyin