Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Zvezda”nın icraçı direktoru Sergey Pozdnyakov bəyan edib.
Onun sözlərinə görə, yeni dəbilqələrlə yanaşı, oksigen maskası və oksigen təchizat sistemi də hazırlanıb. Onlar hazırda prototip olsalar da, artıq uçuş dəyərləndirilməsi mərhələsinə qədəm qoyublar.
Yerli kevlar materialından hazırlanan bu dəbilqələr daha yüngüldür. Onun olduqca möhkəm olması pilotları bir çox təhlükədən qorusa da, güllələrdən mühafizə edə biləcək gücdə deyil.
Ağalar Ağalarlı
Ordu.az