Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu məqsədlə ABŞ QQ İlkin Manevr Qısa Mənzilli Havadan Müdafiə (IM-SHORAD) sistemlərini 2020-ci ilə qədər yerləşdirməyi planlaşdırır.
ABŞ ordusunun hazırkı imkanları “Avenger” sistemləri ilə məhdudlaşır. O, yüksək mobilliyə malik çoxməqsədli təkərli vasitələrə quraşdırılır və “Stinger” yer-hava raketlərindən istifadə edir.
QQ artıq “Stryker” vasitələrindən istifadə edən daha uzunmüddətli və möhkəm sistemlərin əldə edilməsinə çalışır. Bu məqsədlə müqavilə imzalanan kompaniyaların seçildiyini bildirsə də, bu kompaniyaların adı hələlik açıqlanmır.
Ağalar Ağalarlı
Ordu.az