Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proqnoz özünü doğrultsa, bazarın dəyəri 2026-cı ildə 5,54 milyard dollara çata bilər.
Onun 2017-ci il üzrə dəyəri 2,98 milyard dollar olub. Lakin quruda müdafiə sistemləri və ballistik raketdən müdafiə sistemlərinə olan tələbatın artması, eyni zamanda tank əleyhinə raketlərin geniş yayılması, bu bazarın böyük sürətlə dəyər qazanmasına gətirib çıxarır.
Bazarın əsas istehsalçı şirkətləri isə “General Dynamics”, “Safran Electronics”, ASELSAN, “Raytheon Company”, “Israel Military Industries”, “Airbus Group”, “Rafael Advanced Systems” və s-dir.
Ağalar Ağalarlı
Ordu.az