Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “General Atomics Aeronautical Systems” kompaniyasının prezidenti David R. Aleksandr bildirib.
Onun sözlərinə görə, kompaniya birləşdirilmiş yanacaq çənlərinin təkmilləşdirilməsi üçün mürəkkəb təyyarə strukturları sahəsindəki biliklərini tətbiq edib.
2017-ci ilin noyabrında yeni məhsul ABŞ-dakı sınaq poliqonlarından birində ilk dəfə sınaqdan keçirilsə də, bu uğursuz olub. Lakin bu ilin aprel ayında baş tutan sonuncu sınaqla birlikdə onun istifadəyə hazırlığı da təsdiqlənib.
Qeyd edək ki, ABŞ donanması hələlik seriya istehsalı üçün tenderin qalibini elan etməyib. Tenderdə iştirak edən “Boeing” və “Lockheed Martin” şirkətləri də öz konsepsiya təkliflərini irəli sürüb
Ağalar Ağalarlı
Ordu.az