Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uçuş təhlükəsizliyində inkişaf, sintetik görmə sistemlərinə tələbin artması və qabaqcıl avionik sistemlərə ehtiyacın yüksəlməsi bazarın böyüməsində əsas faktorlardandır.
2015-ci ilin statistikalarına görə, ABŞ bu bazarın 55%-ni əlində saxlayır. Buna baxmayaraq ABŞ bazarının həcmi böyümə tempinə görə, qlobal bazardan geri qalır – 2%.
Bazarın böyüməsinə təsir göstərən digər məsələlər isə effektiv müdafiə və nəzarət mexanizmləri üçün hərbi avionka sistemlərinə tələbatın artması və PUA-ların geniş şəkildə yayılmasıdır.
Bazarın əsas istehsalçı şirkətlərinə “GE Aviation”, “Thales Group”, “Elbit Systems”, “ENSCO Avionics” və s. nümunə göstərmək olar.
Ağalar Ağalarlı
Ordu.az