Rusiyanın yeni freqat proqramında gecikmə meydana gəlib

2018/07/Снимок_1531211119.png
Oxunub: 3470     16:21     10 İyul 2018    
Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni freqatlarla bağlı planı bir sıra maneələrlə üzləşib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı layihə ilə bağlı tenderin qalibi “United Shipbuilding” şirkətinin rəhbəri Aleksey Raxmanov bildirib.

O qeyd edib ki, şirkət raketlə təchiz edilən “Admirak Gorshkov” freqatını vaxtında təhvil verməyə nail olsa da, “Admiral Kasatonov”un təhvil-təslim işləri 8 ay təxirə salınmalı olub.

O, bunun gəminin istehsalı üçün lazım olan köməkçi vasitələrin və xammalın təchizatçıları ilə bağlı yaranan problemlərdən qaynaqlandığını bilirib.

“435-660 kilometr mənzilə sahib raketlərlə təmin edilməsi planlaşdırılan freqatın istehsalında əsas gecikmə onun raket atıcı sisteminin qurulmasında yaşanır”, - deyə Raxmanov vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin noyabr ayında təhvil verilməsi planlaşdırılan gəminin çatdırılmasının gecikmə ilə birlikdə 2019-cu ilin iyul ayına qədər yubanacağı ehtimal olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Freqat  


Bizi "telegram"da izləyin