"Freqat" sözünə uyğun 186 nəticə tapıldı!

“National Interest”: “Kalibr” Qərbi niyə qorxudur?

2019/01/12117-1547539271.jpg
Oxunub: 922     11:59     15 Yanvar 2019    
Rusiya hazırda “Kalibr” raketinin yeni versiyasını hazırlayır və təkmilləşdirilmiş silahın əvvəlkinə nisbətən ikiqat mənzili olacaq. Hazırda istifadə edilən “Kalibr-M” 2200 km mənzilə sahib idisə, yeni silahda bu 4500 km olacaq.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Maykl Pek məlumat verib.

Onun sözlərinə görə, “Kalibr”in Qərbi təşvişə salan 2 xarakteri var. Birincisi odur ki, onlar dənizdə radarla müəyyən edilmənin qarşısını ala bilirlər və buna görə də, düşmənlər bu raketi vurmaq üçün çox az zamana sahib olur. İkinci məsələ isə odur ki, bu silah hətta kiçik döyüş gəmiləri ilə inteqrasiya etdirilə bilir.

Qeyd edək ki, Rusiyanın rəsmi xəbər agentliyi TASS-ın verdiyi məlumata görə, təkmilləşdirilmiş raket əvvəl freqatlarda, daha sonra isə gəmi və sualtılarda istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kalibr