Çin PUA-ları: Həvəs ehtirası üzərində düşüncələrin uçuşu - HƏRBİ EKSPERT (II Yazı)

2018/07/2_3061931924.png
Oxunub: 3784     17:43     10 İyul 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

2016-ci ildə tam ölçülü "CH-5" PUA- sının maketi Zhuhai aviaşousunda nümayiş olundu, lakin istehsal edilən model yalnız 2017-ci ilin iyul ayında ilk uçuşunu yerinə yetirdi. Yüngül kompozit "CH-5" 11,3 metr uzunluğa, 21 metr qanad arası məsafəyə və 300 km/saat maksimal sürəti təmin edən 300 at gücündə benzin mühərrikə sahibdir. Uçuşun elan edilən müddəti 40 saatdan artıqdır. Bəzi mənbələrə görə, şirkət 330 at gücündə sərt yanacaqlı mühərrik hazırlayır, bu isə uçuş müddətini 60 saatadək artırmalıdır.

PUA 3300 kq kütləyə, 200 kq faydalı yük bölməsinə malikdir. Qalan faydalı yük isə qanadlardan asılır. Şirkət rabitə kanalının 250 km-ə qədər məsafədə aktiv olduğunu, peyk rabitəsi sistemini quraşdırarkən isə bu məsafənin 2000 km-ə qədər artırıla biləcəyini iddia edir.

Daxilə yerləşdirilən tipik sistemlərə REM vasitələri, kəşfiyyat məlumatlarının toplanmasını yaxşılaşdırmaq üçün AFAR tipli RLS və s. aid ola bilər.

Füzelyajın altında isə yüksək imkanlı telekameralı elektron optik sistemlər,TV və termal kameralar, lazer məsafəölçəni/hədəfgöstərəni və s. quraşdırıla bilər.

"CH-5" zərbə aparatının silahlanmasına "AR-1" raketləri daxil idi. 2017- ci ilin avqustundan isə tamamilə yeni 20 kq çəkidə "AR-2" idarəolunan tank əleyhinə raket tətbiq edilməyə başladı. Bu raket 5 kq çəkidə zirehdələn başlığı və əvvəlki atəş məsafəsinə malik olsa da, 700 km/saat maksimal sürətlə uçurdu. Əslində, "AR-2", "AR-1" raketinin yüngül, ucuz və sadə bir versiyası idi. Beləliklə onlardan daha intensiv istifadə edərək bahalı raketləri daha vacib məqsədlər üçün qorumaq mümkün oldu.

Sabit hədəflərə qarşı "CH-5" PUA- ları həm idarəolunan raketlərlə, həm də 45 kq çəkiyə malik yüksək dəqiqlikli "Fei Teng-9" (FT-9) bombaları ilə zərbə endirə bilər. Bu bombalar 15 metr hədəfdən yayınmaya, 5 km məsafədə aktiv fəaliyyət göstərən peyk və ətalət naviqasiya sisteminə malikdir. İdarəolunmayan sursatların siyahısına 50 kq-lıq qəlpəli fuqas və 50 kq-lıq kaset bombalar da daxildir.

2017-ci ilin sentyabrında SAAA korporasiyası atəşə qədər hədəfə kilidlənmə protokolu inteqrasiya edilən, qəlpəli fuqas başlığa sahib 80 kq-lıq yeni raketin 6000 metr hündürlükdən uğurla buraxılışını həyata keçirdi.

Yeni idarəolunan sursat haqqında daha ətraflı məlumat verilmir. Lakin məlumdur ki, mühəndislər sonralar "CH-5" aparatının elektron optik hədəfli yüklərin, hədəf göstərmə elementinin və sursat buraxma mexanizminin sınaqlarını təkrar keçiriblər.

Hazırda şirkət "CH-5" PUA-larının HALE (High-altitude long-endurance - yüksək hündürlük, uzun müddət) sinfinə aid versiya üzərində istehsal imkanlarını öyrənir. Bu ağır yanacaqlı mühərrikin, qanadların konstruksiyasının dəyişməsi, qanadlar arası məsafəni 21 metrdən təxminən 30 metrə qədər artırılması və s. köməyi ilə mümkün ola bilər. Şirkət bu yeniliyin inkişaf qrafikini hələ təsdiq etməsə də, 120 saat uçuş müddəti, 13000-15000 metr uçuş yüksəkliyi, 300-500 kq faydalı yük kütləsi və hər əlavə asqı üçün 100-200 kq daşıma imkanı əsas hədəf olaraq təyin edilib.

CASC tərəfindən hazırlanan yeni nəsil yüksək dəqiqlikli silah kompleksi yeni lazerlə idarə olunan raketdən ibarətdir

2017-ci ilin may ayında 15 saat ərzində 20000 metrə çatan yüksəklikdə fəaliyyət göstərən "CH Solar" PUA-sının sınaqları uğurla başa çatıb, lakin seriya istehsalı və ixracı barədə dəqiq məlumat yoxdur.

"Solar" PUA-sı 45 metr uzunluğunda olan qanadların bərkidildiyi iki ensiz füzelyajdan və şaquli istiqamətli quyruq pərlərindən ibarətdir. 8 ədəd elektrik mühərrikləri, qanadlar üzərində yerləşdirilən günəş batareyalarından alınan enerji ilə PUA-ya 150-200 km/saat kreyser sürəti toplamağa imkan verir.

Bu PUA-nın hazırlanması başa çatdıqdan sonra o, sabit şəbəkələrə malik olmayan ucqar ərazilərdə 4G /5G standart şəhərlərarası genişzolaqlı rabitəni təmin etmək üçün ötürücü peyk qismində xidmət edəcək. Bundan əlavə, onları kənd təsərrüfatı və meşə sahələrini tədqiq etmək, habelə təbii fəlakətlərin erkən xəbərdarlığı və monitorinqi üçün istifadə etmək planlaşdırılır. PUA-nın mümkün hərbi tətbiqi davamlı müşahidə, kəşfiyyat məlumatlarının toplanması və ötürülməsindən ibarət ola bilər.

Yüksək hündürlüklü günəş batareyalı PUA-ların konseptual tədqiqatlarına 2002-ci ildən başlanılıb. 2004-cü ildən müxtəlif ölçülü prototiplərin çoxsaylı uçuş sınaqları aparılır.

Prototiplə bağlı əlavə məlumatlar açıqlanmır. Lakin bəzi mənbələrə görə, bu inkişaf mərhələsində o, artıq 20 kq faydalı yük götürə bilir. Şirkət həmçinin dizaynı təkmilləşdirməyi və ən azı bir neçə ay davam edən uçuş müddətinə nail olmaq üçün daha qabaqcıl prototipləri inkişaf etdirməyi planlaşdırır.

"CH-5" zərbə PUA-sı 8 ədəd "AR-1" raket və 8 ədəd "FT-7" bombası daşıyır

Gələcək traektoriyalar

"CN-5" PUA-ları hazırda texnoloji baxımdan mükəmməl bir səviyyədədir, xarici bazarlara kifayət qədər uğurla daxil olur, ən azı 10 ölkəyə, o cümlədən İraqa, Myanmaya, Nigeriyaya, Pakistana, Səudiyyə Ərəbistanına və Türkmənistana ixrac edilib. İstehsalçı şirkət əsas diqqətini uçan aparatların, ağıllı sursatların və insan-maşın interfeysli sistemlərin növbəti nəslinin yaradılmasına, məsələn komanda və idarəetmə kompleksində süni intellektin tətbiq edilməsinə yönəldir.

"Biz PUA-ların, uyğun avianikanın, sensorların və silahların kifayət qədər inkişaf etdiyi səviyyəni əldə etdik. Artıq bahalı və resurs tutumlu modellərə alternativ ola biləcək kifayət qədər yetkin, ixtisaslaşdırılan sahələrdə, məsələn informasiya sahəsində dominantlıq edəcək və kompleks vəzifələri yerinə yetirinə biləcək sistemlərin istehsalına hazırıq", - deyə SAAR şirkətinin nümayəndəsi bildirib.

O, ABŞ Hərbi Hava Qüvvələrində, həm hava komanda məntəqəsi, həm də idarəetmə, kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirən Е-8 "Joint Surveillance Target Attack Radar System" (Joint STARS) təyyarəsini nümunə olaraq qəbul etdiklərini bildirib.

"Nəhayət PUA müvafiq faydalı yükü qəbul edə biləcəyi təqdirdə istənilən vəzifəyə uyğunlaşdırıla bilər", - deyə şirkət nümayəndəsi əlavə edib.

Nümayəndə, "CH-5" bazasında MALE/HALE barədə gələcək planlara da qısaca toxunub: "Bizim mühəndislər pilotlu aviasiya kimi saatlarla deyil, artıq günlərlə havada qala bilən, yeni funksional vəzifələri yerinə yetirən çox geniş imkanlara malik avadanlıqlar hazırlayır".

Növbəti nəsil uçan aparatların inkişaf prosesi durmadan irəlləyir. Bu effektiv görünmə və əks olunma səthinə malik uçan qanad platformasına da aiddir. Şirkətin nümayəndəsi bu yeni platformaların dizayn və inkişafının müəyyən mərhələləri başa çatdıqdan sonra elan ediləcəyini söyləyərək, bu mövzuda daha çox danışmaqdan imtina edib.

Şirkət PLS və zenit bölmələrinin hava təhdidlərinə qarşı mübarizə təlimləri üçün yüksək sürətli, aşağı görünmə xüsusiyyətlərinə malik "CH-805" tipli hədəf PUA- sını da təqdim etdi. 190 kq maksimum çəkisi olan "CH-805", raket start sürətləndiricisi vasitəsilə katapult qurğusundan buraxılır. Hədəf, 4 metrlik qanad arası məsafəyə malik "uçan qanad" sxeminə uyğun olaraq dizayn edilib, bu isə radiolokasiya siqnal səviyyəsini 0.01 m2-ə qədər azaltmağa imkan verib. Hədəf 730 km/s uçuş sürətinə çatmağa qadirdir və təxminən 40 dəqiqə havada qalır.

Şirkətin digər mühüm inkişaf istiqaməti, PUA ilə bağlı peşələrin mənimsənilmə səviyyəsini azaltmağa imkan verəcək sonrakı nəsil insan-maşın interfeysinin yaradılmasıdır. Müasir gənclərin bir hissəsi texniki cəhətdən inkişaf etsə də fiziki cəhətdən zəif, hətta ənənəvi hərbi xidmətə yararsız olur. İnterfeys xüsusi olaraq çoxsaylı vəzifələri olan uçan aparatların fəaliyyət mürəkkəbliyini azaltmaq üçün nəzərdə tutulur. Bu istiqamətdə işlər 2014-cü ildən bəri davam edir və şirkət "yaxın gələcəkdə" ərazi sınaqları üçün ilkin proqram təminatını əldə edəcəyini düşünür.

Adı hələlik bəlli olmayan, mobil qurğularda istifadə edilə biləcək əlavə tətbiq, sistem kimi şirkətin "CH-4" və "CH-5" kimi qabaqcıl PUA- larında opsinal seçim kimi tətbiq ediləcək.

2017-ci ildə idarəolunan silahlara malik, CASC istehsalı "CH-5" yeni kəşfiyyat- zərbə aparatı uçuş sınaqları zamanı

Şirkət nümayəndəsi bildirib ki, təklif edilən idarəetmə sistemi açıq arxitekturaya və yüksək avtomatlaşdırma səviyyəsinə, məsələn avtomatik qalxma və enməyə, avtonom naviqasiyaya, eyni operatorun bir neçə platformanı əlavə tətbiqdə əks olunan və rahat tanınan kiçik şəkillər (smaylik) vasitəsilə idarə etməsinə malik olacaq.

Sistem həmçinin müasir MALE tipli PUA-ların təchiz edildiyi bir neçə müxtəlif kəşfiyyat, müşahidə, məlumat və hədəf göstərmə vasitələrinin və idarəetmə komplekslərinin qarşılıqlı əlaqəsini optimal şəkildə təşkil edəcək. Nəticədə PUA-ya yeni vasitələrin inteqrasiya edilməsinə və operatorun onunla çalışma təlimatına sərf edilən zamana da qənaət olunacaq.

Məhdud sistem və spesifik vəzifələrə malik iİxtisaslaşdırılan idarəetmə interfeyslərindən imtina, şirkətə yeni texnologiyaların tətbiqi prosesini sürətləndirməyə imkan verəcək.

CASC şirkətinin mobil proqram əsasında nail olmaq niyyətində olduğu digər mühüm məqsəd, inkişaf etməkdə olan ölkələrin hərbi qulluqçuları arasında PUA operatorluğuna az sayda uyğun gələn namizədlər sırasını, onlar üçün əlçatan tətbiq vasitəsilə genişləndirməkdir.

Bu ölkələr ümumtəhsil standartının və ixtisaslı insan resurslarının mövcudluğunun nisbətən aşağı səviyyəsi səbəbindən, PUA operatorlarının ağır seçim prinsipləri və hazırlıq prosesi sahəsində aparıcı Qərb ölkələri ilə rəqabət apara bilmir.

Şirkət inanır ki, onların yanaşması bu ölkələrə qısa müdətdə effektiv zərbə və kəşfiyyat imkanlarını əldə etməyə imkan verir: "Biz inkişaf etməkdə olan ölkələrin, nisbətən zəif hərbi hava qüvvələrinin təkmilləşdirilməsi və yeni döyüş imkanlarına sahib olmaq istəyini, lakin bunun üçün Qərbin hərbi təyyarə və ixtisaslı kadrlarını əldə etmək üçün maliyyə vəsaitinin olmaması səbəbindən artan PUA bazarının mövcudluğunu anladıq. Hazırda müştərilər üçün, biz onların suveren maraqlarını effektiv şəkildə müdafiə etməyə kömək edəcək bir sıra asan istifadə və istismar edilən pilotsuz vasitələr təklif edirik".

CASC korporasiyasının bir bölməsi olan "Cai Hong UAV Technology" kompaniyası, müxtəlif təyinatlı məsələn müşahidə məqsədli daşınan mini sistemlər, MALE tipli çoxfunksiyalı böyük zərbə PUA-ları, yerüstü idarəetmə stansiyaları və s. istehsal xətti ilə hərbi və mülki sektorda pilotsuz platformalara artan maraqdan tam istifadə etmək üçün ciddi bir mövqeyə sahibdir. Lakin şirkətin perspektivləri oxşar Qərb sistemlərini maliyyə və ya geosiyasi maraqlar, mülahizələr prizmasından əldə edilməsi istisna edilən regionlarda daha güclü olması ilə diqqəti cəlb edir.

Bu bölgələrə Asiya-Sakit okean bölgəsi, Latın Amerikası, Yaxın Şərq və Afrika aiddir. PUA sahəsinin analitiklərinin sözlərinə görə, 2026-cı ilə kimi bu regionun çoxməqsədli, zərbə, təlim və hədəf PUA-ları üçün tələbatı 8,9 milyard dollardan artıq olacaq.

MALE sinfindən "Wing Loong II" Çin pilotsuz vasitəsi

Şirkət eyni zamanda analoji məhsullar təklif edən Çin istehalçılarının məhsulları ilə, məsələn "Aviation Industry Corporation of China" (AVIC) istehsal etdiyi MALE sinfindən olan "Wing Loong II" pilotsuz zərbə aparatı ilə və ya CASIC korporasiyasının "WJ-600" turboreaktiv platforması ilə rəqabət aparmalı olur.

"Wing Loong II" ilk dəfə 2016-cı ilin noyabrında "Airshow China" aviasərgisində təqdim edildi, ilk uçuşu isə 2017-ci ilin fevralında baş tutdu. Tarixdə Çin pilotsuz vasitələrinin təchizatı üçün ən böyük həcmli müqavilə də məhz bu istehsalçı şirkətə - AVİC-ə məxsusdur.

Başqa bir rəqib isə əvvəllər Pekin Astronavtika və Aerokosmik Universitetinin bölməsi olan Pekin Beyhanq Universitetinin yaratdığı "Beyhanq" şirkətidir. O, 2017-ci ildə Taizhou şəhərindəki yeni zavodunda seriya istehsalına hazır olan MALE sinfindən olan "TYW-1 Eagle" PUA-sını təqdim etdi. "TYW-1", Pekin Beyhanq Universitetinin və "Harbin Aircraft Industry Group" (HAIG) şirkətlərinin birgə istehsalı olan MALE sinifli "BZK-005" PUA-sının inkişaf etdirilən son modelidir.

"BZK-005" artıq Çin ordusunda, böyük ehtimalla Çin Hərbi Dəniz Qüvvələrində və Hərbi Hava Qüvvələrində istismar edilir. KİV-lərin məlumatına görə, "Beyhanq" şirkəti 2019-cu ildə "100 kiçik, 100 orta və 100 böyük, 100 şaquli qalxma və enmə" PUA-sı istehsal edərək, onların və ehtiyat hissələrin satışından ən azı 307 milyon dollar gəlir əldə etməyi planlaşdırır.

Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Çin   PUA   CH  

Çin PUA-ları: Həvəs ehtirası üzərində düşüncələrin uçuşu - HƏRBİ EKSPERT (II Yazı)

2018/07/2_3061931924.png
Oxunub: 3785     17:43     10 İyul 2018    