Əfqanıstanda əməliyyatlar intensivləşir: Daha 7 İŞİD üzvü zərərsizləşdirilib

2018/07/Снимок_1530959387.png
Oxunub: 2955     18:18     07 İyul 2018    
Əfqanıstan ordusu ölkənin şərqində yerləşən Kunar vilayətində İŞİD terrorçularına qarşı əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin Kunar vilayətinin Şori-Mədən, Murçnau, Nazi və Qəni Dera şəhərləri yaxınlığında baş verib.

Rəsmi rəqəmlərə əsasən ordunun havadan və qurudan endirdiyi artilleriya zərbələri nəticəsində 7 İŞİD üzvü məhv edilib, daha 2-si də sağ ələ keçirilib.

Qeyd edək ki, ötən günün axşamından etibarən Əfqanıstan ordusu ölkənin dörd bir yanında terrorçulara və “Taliban” qiyamçılarına qarşı intensiv əməliyyatlar həyata keçirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin