Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, imzalama mərasimində danışan Sudan XİN rəhbəri Ed-Derdiri Məhəmməd Əhməd sazişin tərəflərin düşmənçiliyə son vermələrini nəzərdə tutduğunu bildirib.
“Sonuncu sülh müqaviləsinin üzərindən 3 il keçdikdən sonra imzalanan bu müqavilə ilə tərəflər artıq silahları yerə qoyaraq sülhə gəlməlidirlər. Cənubi Sudanda inkişaf və sülh vaxtıdır”, - deyə nazir bildirib.
Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılaraq müstəqiliyini elan edən Cənubi Sudanda, prezident Salva Kiir Mayarditin 2013-cü il dekabrın 16-da öz köməkçisi Riek Makarı qiyama təşəbbüs ittihamı ilə vəzifədən azad etməsindən sonra vətəndaş müharibəsi başlayıb.
Ağalar Ağalarlı
Ordu.az