Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat: 26 terrorçu məhv edildi

2018/07/Afghan-army-operations-3_1530954205.jpg
Oxunub: 3614     17:11     07 İyul 2018    
Əfqanıstan ordusu Nangərhar bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar bu gün səhər saatlarında həyata keçirilib.

Nəngərhar vilayətinin Kut, Rudat və Xoqyəni şəhərlərində paralel olaraq keçirilən anti-terror əməliyyatlarında İŞİD qruplaşmasının ümumilikdə 26 üzvü zərərsizləşdirilib, daha bir neçəsi isə yaralanıb.

Həmçinin hücumlar zamanı terrorçulara məxsus çox sayda döyüş texnikasının yararsız hala salındığı bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin