DARPA münaqişələrin planlaşdırılması üzrə yeni texnologiya arayışındadır

2018/07/14487485112045489_1530952387.jpg
Oxunub: 3496     16:31     07 İyul 2018    
ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi əməliyyat mühiti modelinin hazırlanması üçün alqoritm və yeni texnologiyalar axtarışındadır.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə DARPA-nın İnformasiya İnnovasiya bölməsinin proqram rəhbəri Stiv Ceymson danışıb.

Onun sözlərinə görə, yeni texnologiya hərbi planlaşdırıcıları daha məlumatlı hala gətirəcək və cəld qərar qəbul edilməsinə imkan yaradacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DARPA  


Bizi "telegram"da izləyin