Əfqanıstan ordusundan daha bir əməliyyat: 6 qiyamçı zərərsizləşdirilib

2018/07/18949841651313_1530951016.jpg
Oxunub: 2371     16:08     07 İyul 2018    
Əfqanıstan Silahlı Qüvvələri "Taliban"a qarşı bu gün səhər saatlarında əməliyyat həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Valid-9" adı verilən əməliyyatlar ölkənin Bəlx vilayətində həyata keçirilib.

Əfqanıstan Müdafiə Nazirliyindən edilən açıqlamada qeyd olunub ki, quru qoşunlarının 209-cu "Şahin” diviziyası tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində qiyamçılar bölgənin önəmli məntəqələrinə nəzarəti itiriblər.

Rəsmi mənbələrə əsasən əməliyyatlar zamanı azı 2 “Taliban” üzvü məhv edilib, daha 4-ü isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin