Ordu.az RT-yə istinadən xəbər verir ki, o, üstəlik bu vaxta qədər sifariş verilən 90 ədəd təyyarə ilə bağlı müqaviləyə də yenidən baxılacağını əlavə edib.
Qeyd edək ki, İtaliya ilə “Lockheed Martin” arasında 2012-ci ildə imzalanmış müqaviləyə əsasən bu ölkəyə 60 ədəd F-35A, 30 ədəd isə F-35B təyyarəsinin çatdırılması nəzərdə tutulub.
Yeni Müdafiə naziri isə bundan sonra əlavə sifarişin verilməməsi ilə yanaşı, ütəlik öncədən imzalanmış müqavilənin də yenidən gözdən keçiriləcəyini bildirib.
Lakin bu müqavilənin yenidən baxıldıqdan sonra ləğv ediləcəyi təqdirdə ləğv edən tərəfi böyük miqdarda cərimə gözləyir. Bu isə İtaliya büdcəsinə ağır zərbə ola bilər.
Ağalar Ağalarlı
Ordu.az