Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Qəzni vilayətində baş verib.
Məsələ ilə bağlı açıqlama verən ordu polkovniki Fərid Məşəl bildirib ki, ötən gün ordu “Taliban”a qarşı geniş miqyaslı əməliyyatlar həyata keçirib.
O qeyd edib ki, hücum zamanı qiyamçıların 12 üzvü öldürülüb, daha 13-ü yaralanıb.
Hökumət ordunun əməliyyatları itki vermədən tamamladığını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az