ABŞ HHQ B-1-ləri modernizasiya edir

2018/07/received_2187976411434683_1530903493.jpeg
Oxunub: 4325     02:57     07 İyul 2018    
ABŞ Hərbi Hava Qüvvələri uzaq gələcəkdə istifadədən çıxarmağı planlaşdırdığı B-1 bombardmançıların modernizasiyasını həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, planda B-1-lərin zərbə gücünün artırılması ilə B-21 bombardmançılarına keçidi də var.

ABŞ HHQ-nin mətbuat katibi mayor Emili Qrabovskinin sözlərinə görə, B-1-lər ilk olaraq yeni nişanalma və kəşfiyyat sistemləri ilə təchiz olunur. O, hazırda aparılan yenilənməni B-1-in tarixində baş verən ən geniş miqyaslı modernizasiya adlandırıb.

Modernizasiya ilə birlikdə təyyarənin özünün silah daşıma qabiliyyətinin 60%-ə qədər artması gözlənilir. Qrabovski B-1-lərin təqaüdə çıxarılmasına dair dəqiq vaxtın müəyyən edilmədiyini, lakin bunun 2030-dan tez baş verməyəcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   B-1  


Bizi "telegram"da izləyin