Çinin yerli aviadaşıyıcısı ikinci dəniz sınaqlarına başlayacaq

2018/07/received_2187975264768131_1530900420.jpeg
Oxunub: 3501     02:05     07 İyul 2018    
Çinin ilk mili aviadaşıyıcısı olan “Type 001A” üzərində son işlərin də tamamlanması ilə onun ikinci dəniz sınaqlarına hazır olduğu bildirilib.

Ordu.az "Global Times”a istinadən xəbər verir ki, bu barədə Çin donanmasının mətbuat xidməti məlumat yayıb.

Aviadaşıyıcı ilk olaraq 13-18 may tarixlərində sınaqdan keçirilib. Hərbi ekspertlər onun bu sınaqlar zamanı özünü yaxşı göstərdiyini düşünürlər.

Beş günlük sınaqlardan sonra gəmi son tamamlanma işlərinin yekunlaşdırılması üçün “Dalian” gəmiqayırma tərsanəsinə aparılıb. Artıq bu işlərin yekunlaşması ilə gəminin qarşıdakı günlərdə ikinci sınaqlara başlayacağı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Type-001   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin