Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqondan bildirilib.
Bəyanatda qeyd olunub ki, gələcək müharibə maşınları iti manevr qabiliyyətinə sahib, cəld, yüngül çəkili və ən əsası tam elektron sistemlə təchiz edilmiş üstün bir vasitə olacaq.
Bununla bağlı açıqlama bildirən general Con Ferrari qeyd edib ki, bu hədəflərin hamısının tətbiq edilməsi 20-30 il zaman alacaq.
“Biz “Bradley” maşınlarını quru qoşunlarının sahib olduğu ən əsas döyüş maşını kimi qəbul edirik. Ona görə də bu vasitənin davamlı modernizasiyasına ehtiyac var. 2030-cu illərdə “Bradley” süni intellektin tətbiq edildiyi, elektron idarəetmə və daxili radar sisteminə sahib döyüş maşını olacaq”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az