Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Türkiyə Müdafiə Sənayesi Müstəşarlığı tərkibindəki “TÜBİTAK BİLGEM” tərəfindən həyata keçirilib.
Sınaqlar zamanı zirehli piyada döyüş maşınlarına qoşulmuş lazer sistemi poladdan hazırlanmış hədəfləri darmadağın edib.
Bildirilib ki, sınağın uğurlu olması onun yaxın zamanlarda geniş miqyasda istehsalına başlanılmasına yaşıl işıq yandırıb.
Qeyd edək ki, 20 kilovat gücə sahib olan sistemin istənilən piyada döyüş vasitəsinə inteqrasiyası mümkündür.
Dəyanət Ağalarlı
Ordu.az