Çin Spratlidəki elektron müharibə təsisatlarını sınaqdan keçirir

2018/07/received_2187966728102318_1530893924.jpeg
Oxunub: 3918     00:29     07 İyul 2018    
Çin Cənubi Çin dənizindəki Spratli arxipelağına yerləşdirdiyi elektron müharibə təsisatlarının sınaqlarına başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə anonim kəşfiyyat mənbələrinə istinad edən CNBC məlumat yayıb.

Məlumata görə, bu ilin əvvəllərində yerləşdirilən ləvazimatlar ilk dəfədir ki, istifadə edilir. Bu elektron müharibə ləvazimatlarının kommunikasiya və radar sistemlərini qarışdırmaq və ya sıradan çıxarmaq üçün istifadə ediləcəyi gözlənilir.

Sinqapurlu təhlükəsizlik üzrə analitik Kollin Koh bildirib ki, Cənub-şərqi Asiya dövlətlərinin əksəriyyətinin əhatəli kəşfiyyat-elektron müharibə imkanlarının olmaması nəzərə alındıqda, bunun çox pis xəbər olduğu aydın olar.

Çin Cənubi Çin dənizindəki bazalarının qeyri-hərbi məqsədli olduğunu iddia etsə də, o, bu bazaları anqarlar, radar sistemləri, dəmir yolları, sensorlar, raket sığınacaqları və yeraltı depolama zonaları ilə təchiz edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Çin-dənizi   Spratli   elektron-müharibə  


Bizi "telegram"da izləyin