Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Müdafiə Nazirliyi tərkibindəki Uçuş Vasitələrinin İstehsalı Mərkəzinin hərbi eksperti general Aleksandr Novikov bildirib.
O qeyd edib ki, istehsal olunacaq yeni PUA daha üstün keyfiyyətlərə sahib olacaq.
“Bu aparatlar daha uzun mənzilli olacaq və daha çox uçuş müddətinə sahib olacaq. Bu PUA-lar öz sinfində istənilən xarici istehsalı üstələyən keyfiyyətləri özündə cəmləşdirəcək”, - deyə general vurğulayıb.
Qeyd edək ki, hazırda Rusiya ordusunun tərkibində 1900-ə qədər PUA var və onlardan ən tanınanı “Orlan”dır.
Dəyanət Ağalarlı
Ordu.az