Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İtaliya Daxili İşlər Naziri Matteo Salvini bildirib.
O Liviya Baş nazirinin köməkçisi Əhməd Mayteqlə Romada baş tutan görüşdə qeyd edib ki, ölkəsi illərdir davam edən embarqonun qaldırılmasına qərar verib.
“Hazırda Liviyada BMT-nin dəstəklədiyi bir hökumət mövcuddur. Düşünürük ki, artıq bu embarqonun davam etdirilməsinə ehtiyac yoxdur. Qarşı tərəfin alacağı silahları məqsədyönlü istifadə edəcəyindən şübhə duymuruq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, İtaliya keçmiş Liviya prezidenti Müəmmar Qəddafinin dönəmində Tripoliyə hər cür hərbi texnikanın və silah-sursatın satışına embarqo tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdi.
Dəyanət Ağalarlı
Ordu.az