Amerikanın yeni nüvə bombası silah yarışına səbəb olacaqmı?

2018/07/received_2187974338101557_1530890002.jpeg
Oxunub: 2000     23:11     06 İyul 2018    
Pentaqon yerli münaqişələrdə istifadə edilən ilk nüvə silahı ola biləcək B61-12 silahını təkmilləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni model silah iki əsas prinsipial innovasiyaya sahibdir: nöqtə dəqiqliklə vurmağa imkan verən idarəetmə sistemi və 5-100 kiloton arası döyüş başlığı daşımaq.

ABŞ Hərbi Hava Qüvvələri onun uğurlu sınaqlarını həyata keçirib və onun dəqiqliyi sübut olunub. Bu, sözügedən nüvə bombasının 12-ci modifikasiyasıdır. Onun ilk versiyası 1960-cı illərdə hazırlanıb.

Bəzi ekspertlər isə bu silahın üzə çıxarılması ilə Rusiyanın da onun analoqunu hazırlamağa cəhd edəcəyini ehtimal edir. Çünki, onun F-35-lərə uyğun olması ilə birlikdə təhlükəlilik dərəcəsi çox yüksəkdir.

Rusiya Elmlər Akademiyasının professoru Vadim Kozyulin isə bu xəbərin Rusiyanın hərbi cəmiyyətində şok effekti yaratmadığını bildirib: “Hamı bu sınaqlardan uzun müddətdir ki, xəbərdar idi. Rusiya da eyni zamanda özünün nüvə arsenalını yeniləməklə məşğuldur”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Nüvə-bombası  


Bizi "telegram"da izləyin