Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə forumda çıxış edən Çin Müdafiə naziri bildirib.
O qeyd edib ki, Çinin Afrika ilə bağlı planlarının təməlində hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi məqsədilə güclü hərbi əlaqələrin qurulması dayanır.
"2015-ci ildə qəbul edilən 100 milyon dollarlıq hərbi yardım, Cibutidə hərbi bazanın açılması və 30-dan çox dövlətə güzəştli şərtlərlə silah satışı bunu sübut edir. Biz bir çox Afrika dövlətinin milli müdafiə sənayelərinin formalaşdırılmasına dəstək göstəririk”, - deyə nazir bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az