Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Hindistanda rəsmi səfərdə olan İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Udi Adam müdafiə sənayesi ilə bağlı qarşı tərəflə bir sıra görüşlər keçirib. Görüş zamanı Adam, Hindistan Müdafiə naziri və istehsalçı şirkət tərəfindən üçtərəfli əməkdaşlıqla bağlı müqavilə imzalanıb.
Müqaviləyə əsasən Hindistan ümumi dəyəri 520 milyon dollar olan 4500-ə qədər "Spike" raketi əldə əldə edəcək.
Qeyd edək ki, “Spike” tank əleyhinə hər bir piyada döyüş vasitəsinə inteqrasiyası mümkün olan raketdir. O İsrailin “Rafael Advanced Defense Systems” kompaniyası tərəfindən istehsal edilir.
Dəyanət Ağalarlı
Ordu.az