Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, haker hücumuna qarşı sığortalanmayan dronların aktiv hərbi fəaliyyət üçün istifadəsinin təhlükəli olduğu bildirilir.
Pentaqondan edilən rəsmi açıqlamada bildirilib ki, dron aparatları “BAE Systems” şirkəti tərəfindən istehsal olunub.
Həmçinin açıqlamada qeyd olunub ki, bu, dronların ilkin sınaq müddətidir. Sınaqlar uğurlu olacağı təqdirdə dəyəri 80 min dollar olan “Mk-2 Gen-3” dronlarından daha 70 ədəd alınacaq.
Dəyanət Ağalarlı
Ordu.az