Rusiya Strateji Raket Qüvvələrini modernizasiya edəcək

2018/07/russia-air-defense-missiles-turkey_1530881800.jpg
Oxunub: 3940     20:57     06 İyul 2018    
Rusiya Strateji Raket Qüvvələrinin 2027-2028-ci illərə kimi tam şəkildə ən müasir raketlərlə təchiz ediləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı qüvvələrin komandiri general -polkovnik Sergey Karyakev bildirib.

O qeyd edib ki, hazırda hökumətin bu qüvvələrlə bağlı uzun perspektivli planları mövcuddur.

“Rusiya 2030-cu illərdə dünyanın ən müasir raket qüvvələrinə sahib ölkə kimi qəbul ediləcək. Biz layihələrimizlə 2027-2028-ci illərə kimi Strateji Raket Qüvvələrini tam şəkildə ən müasir raketlərlə təchiz edəcəyik”, - deyə general bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Strateji-Raket-Qüvvələri   Modernizasiya  


Bizi "telegram"da izləyin