Rusiya əzəmətli sualtı gəmisini Donanma günündə təqdim edəcək

2018/07/1197879_1530880854_1530881363.jpg
Oxunub: 4194     20:40     06 İyul 2018    
Sankt-Peterburqda donanma günü ilə bağlı geniş miqyaslı hərbi parad keçiriləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Sənayesi Nazirliyindən yayılan məlumatda qeyd olunub.

Bildirilib ki, 29 iyulda keçiriləcək paradda ümumilikdə 40 döyüş gəmisi və 25 ədəd təyyarə və helikopter iştirak edəcək.

Paradda nümayiş etdiriləcək hərbi texnikaların içində ən önəmlisi şübhəsiz ki, nüvə təchizatına sahib 949A sualtı döyüş gəmisidir. "Qartal" adı verilən gəmi Şimal filotiliyasındakı ilk belə gəmidir.

Qeyd edək ki, gəminin xüsusiyyətləri ilə bağlı geniş məlumat paradda səsləndiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Donanma   Parad  


Bizi "telegram"da izləyin