SQQ Derada terrorçuların təchizat xətlərinə hücumları intensivləşdirib

2018/07/18741714514515_1530793792.jpg
Oxunub: 3576     19:48     05 İyul 2018    
Suriya Quru Qoşunları Dera vilayətinin cənub-şərq və şərq hissəsində terrorçuların əsas təchizat yollarına və düşərgələrinə doğru hücumları artırıb.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, hazırda hücumlar “Ən-Nusra” terrorçularının mövqe qurduğu əl-Cumruk istiqamətində həyata keçirilir.

Qarşıdurmalar nəticəsində terrorçular çox sayda itki verib və onlara məxsus qumbara atanlar sıradan çıxarılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dera   Terror  


Bizi "telegram"da izləyin