Fransanın “Sea Venom”ları ikinci sınaqları da uğurla tamamlayıb

2018/06/6456_1528965570.jpg
Oxunub: 3202     12:38     14 İyun 2018    
Fransanın “MBDA” şirkətinin istehsalı olan raket başlıqlarının ikinci uğurlu sınağı ölkənin şərqində həyata keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən gün raketlər üzərində həyata keçirilən yekun işlərdən sonra “Sea Venom”un ikinci sınağı keçirilib.

Məlumata görə, sınaq Fransa Müdafiə Nazirliyinə məxsus hərbi təyyarə ilə ölkənin İle Du Levant bölgəsində həyata keçirilib.

Xatırladaq ki, aprelin 18-də silahın ilk sınağı zamanı kifayət qədər uğurlu nəticə əldə edilsə də, istehsalçı şirkətin gözləntilərini tam olaraq qarşılamadığı əsas gətirilərək bir sıra əlavələrin həyata keçiriləcəyi bildirilmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Fransa   MBDA   Sea-Venom  

Xəbər lenti

Fransanın “Sea Venom”ları ikinci sınaqları da uğurla tamamlayıb

2018/06/6456_1528965570.jpg
Oxunub: 3205     12:38     14 İyun 2018    